» » Elnarənin “Sevgi fəsli” - VİDEO

Elnarənin “Sevgi fəsli” - VİDEO

Müğənni Elnarə Xəlilova yeni “Sevgi fəsli” mahnısını və ona çəkilən klipini təqdim edib. Bəstənin sözləri Orxan Dəmirbəyli, musiqisi bəstəkar Xədicə Kərimli, aranjemanı Rəşad Bağırova məxsusdur.
“Sevgi fəsli”ni rejissor Porte Faust ekranlaşdırıb. Layihənin prodüseri ProMetedir. Klipin ideyası insanın hər kəsdən gizlətdiyi, çoxlarının bilmədiyi, sirli qalan tərəfləri, daxili dünyası üzərində qurulub.
Hazırda Elnarə ProMetenin sözlərinə oxuduğu növbəti mahnının klip çəkilişlərinə hazırlaşır.
Onu da əlavə edək ki, xanım müğənni yeni albomu üzərində də çalışır. Artıq mahnı seçimlərinə start verilib.
Qeyd edək ki, “Sevgi fəsli” alboma daxil olmayacaq.

скачать dle 11.3

Oxşar Xəbərlər

BİZƏ QOŞULUN

2018 Amediatv.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.

PARTNİYORLAR