» » Türkiyəli professordan qarpız XƏBƏRDARLIĞI: "Bədəndə yağlanmanı artırır”

Türkiyəli professordan qarpız XƏBƏRDARLIĞI: "Bədəndə yağlanmanı artırır”


Daxili Xəstəliklər üzrə mütəxəssis, kardioloq və professor Canan Karatay bir sıra məhsullarla bağlı əhaliyə xəbərdarlıqlar edib.
"Milliyet” qəzetinin yazdığına görə, kardioloq bu günlərdə şirniyyatlardan uzaq durmağı tövsiyə edib. C.Karatayın sözlərinə görə, bütün qənnadı məhsullarının tərkibi qlükoza və fruktoza ilə zəngin olduğu üçün menyudan çıxartmaq və ya çox az yemək lazımdır:
"Qarğıdalı siropu (qlükoza və fruktoza qarışığı) ağ şəkərdən 10 qat daha zərərlidir. Hüceyrələri pozur və qaraciyərə zərər verir. Qarğıdalı siropu şəkərdən daha çox təhlükəli maddədir”.
Karatay, konfet və hazır şirniyyat məhsullarını fındıq, fıstıq kimi çərəzlərlə əvəz etməyi məsləhət görüb. Şəkərin ən böyük zəhər olduğunu bildirən Karatay uşaqlara quru əncir, quru ərik və kişmiş kimi faydalı meyvə quruları verməyi tövsiyə edib.
Bayramdan bayrama yalnız bir dilim şirniyyat yediyini dilə gətirən Karatay şirəli şirniyyatlardan uzaq dayanmaq barədə də xəbərdarlıqlar edib. Məşhur professor kənd təsərrüfatı dərmanları ilə yetişdirilmiş meyvələrin ziyanlarını da diqqətə çatdırıb. Karatay ən sağlam meyvənin qurdlu alma və zeytun olduğunu dilə gətirib.
Canan Karatay açıqlamasında qarpızın zərərlərindən danışıb: "Mən qarpız pəhrizi filan tanımıram. Qarpız, qovun triqliserid dediyimiz təhlükəli yağları, habelə qanda urik turşusunu yüksəldir. Qovun və qarpız maye şəkərdir. Şəkər və ya podaqra xəstəliyiniz varsa, vəziyyəti daha da şiddətlənir və qaraciyərinizdə, qarnınızda, buxağınızda, bir sözlə bədəninizdə yağlanma artır”.скачать dle 11.3

Oxşar Xəbərlər

BİZƏ QOŞULUN

2018 Amediatv.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.

PARTNİYORLAR