» » Sərnişin atvobusa kartsız minmək istədi - Açarı qıraraq qaçdı + Video

Sərnişin atvobusa kartsız minmək istədi - Açarı qıraraq qaçdı + Video


Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs avtobusa kartsız minmək istəyib.
“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, dadisə metorunun “20 Yanvar” stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib.
Bir gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, sonra əli ilə çiyinini göstərərək polis olduğunu işarə edib. Bu şəkildə avtobusa pulsuz minmək istəyib.
Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma aparılır.


скачать dle 11.3

Oxşar Xəbərlər

BİZƏ QOŞULUN

2018 Amediatv.Az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.

PARTNİYORLAR